Xəbər lenti

Təbiətin zarafatı: NASA peyki ABŞ-da qorxunc
Dünya 22:01 19.09.2025

Təbiətin zarafatı: NASA peyki ABŞ-da qorxunc "gözlər" aşkar etdi (FOTO)

NASA-nın Yer observatoriyası elmi ictimaiyyəti və kosmos həvəskarlarını heyrətləndirən görüntü yayımlayıb: orbitdən görünən iki vulkanik göl sanki yuxarı baxan "gözləri" xatırladır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb.

Söhbət Nikaraquada, Managua gölünə doğru uzanan Çiltepe yarımadasında yerləşən Laguna Ksiloa və Apojeke göllərindən gedir. Hər iki göl min illər əvvəl baş vermiş güclü püskürmələr nəticəsində yaranıb. Onların forması və rəng kontrastı isə göz bəbəklərinə bənzər optik illüziya yaradır. Ksiloa gölü parlaq mavi rəngi ilə seçilir, Apojeke isə yaşıl çaları ilə fərqlənir və bu, sanki müxtəlif rəngli göz təsiri bağışlayır.

Kosmosdan baxıldıqda yarımada kəllə formasını xatırladır, göllər isə onun göz boşluqlarını tutur. Bu mənzərə görüntüyə həm mistik ab-hava qatır, həm də regionu formalaşdıran vulkanik proseslərin gücünü nümayiş etdirir.
 


NASA nümayəndələri qeyd ediblər: "Bu, minilliklər ərzində vulkanik aktivliyin Yer səthini necə dəyişdirdiyinə unikal nümunədir. Burada geologiyanı və püskürmələrlə bağlı riskləri öyrənmək üçün təbii laboratoriyalar yaranıb".

Rəsmi təsnifata görə, hər iki vulkan hələ də aktivdir. Ksiloada son böyük püskürmə təxminən 6 min il əvvəl baş verib, Apojeke isə daha sonrakı dövrlərdə bir neçə dəfə aktivlik göstərib. 2012-ci ildə burada maqma hərəkətindən qaynaqlanan zəlzələlər qeydə alınıb.

Alimlər yaxın zamanda güclü püskürmə ehtimalını gözləməsələr də, ətraf yaşayış məntəqələrinin sakinləri hələ də potensial risk zonasında qalırlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->