Xəbər lenti

Tramp:
Dünya 10:58 06.08.2023

Tramp: "Çin rəhbərliyi ABŞ prezidentini səriştəsiz hesab edir"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib ki, Tayvan ətrafında vəziyyət Çin rəhbərliyinin ABŞ prezidenti Co Baydeni səriştəsiz hesab etməsi səbəbindən gərginləşib. 

Qaynarinfo xəbər verir ki, sabiq prezident bu barədə Şimali Karolinada seçicilərlə görüşdə çıxışı zamanı bildirib.

"Siz Szipin (Çin lideri-red.) Tayvanla məşğul olmazdı. O, ora getmək istəməyə çox yaxındır, çünki liderinizin səriştəsiz olduğunu düşünür. Onun artıq ölkəmizə heç bir hörməti yoxdur”, deyə Tramp bildirib.

Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli demişdi ki, Pekin öz xalqını Tayvanla müharibəyə hazırlayır. O, əlavə edib ki, ABŞ milli təhlükəsizlik üçün ciddi risklər olduğundan "Çin təhdidinə” həm iqtisadi, həm də hərbi cəhətdən cavab verməlidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->