Respublikaçı seçicilərin təxminən yarısı keçmiş prezident Donald Trampın təqsirli bilindiyi halda ona səs verməz.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bunu Reuters/Ipsos sorğusunun nəticələri sübut
edir.
Sorğu nəticələri göstərir ki, andlılar onu ağır cinayətdə təqsirli bilsə, Respublikaçı seçicilərin 45%-i Trampa səs verməyəcək. Respondentlərin 35%-dən çoxu keçmiş ABŞ prezidentinə səs verəcəklərini bildirib, qalan hissəsi cavab verməkdə çətinlik çəkib.
Tramp hazırda həbsxanada cəza çəksəydi, ona səs verəcəklərmi sualına respondentlərin 52%-i yox deyib, 28%-i isə ona səs verərdi.
Eyni zamanda, respublikaçı respondentlərin 75%-i Trampa qarşı ittihamların "siyasi motivli” olması ilə razılaşdığını, 20%-i isə buna razı olmadığını, qalanları isə cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Reuters/Ipsos sorğusu ABŞ-da 1005 yetkinlik yaşına çatan amerikalı arasında keçirilib.
Nizami Bağırov
Şərhlər