Xəbər lenti

Trendə uyğunlaşma istəyinin səbəbi nədir?
Dünya 22:44 13.08.2025

Trendə uyğunlaşma istəyinin səbəbi nədir?

"Standartlara və trendlərə uyğunlaşmaq istəyi psixoloji müdafiə formalarından biri ola bilər".

Qaynarinfo xəbər verir ki, bunu klinik psixoloq və koqnitiv-davranış terapiyası üzrə mütəxəssis Nadejda Turlayeva gazeta.ru-ya deyib.

Onun sözlərinə görə, insan gözləntilərə cavab vermək, qəbul olunmaq və qınaqdan qaçmaq üçün bəzən fərqinə varmadan öz "mən”ini ifadə etməkdən imtina edir. Bu halda xarici görünüş fərdiliyin əksi deyil, maska rolunu oynayır.

Turlayeva qeyd edib ki, şüurlu üslub daxili dürüstlük tələb edir: "Üstünüzə geyindiyiniz libasda özünüzü həqiqi hiss etməlisiniz. Öz üslubunu tapmaq — başqasının təsdiqini qazanmaq yox, özünüzə doğru getmək yoludur. Özünüzdən "Mənə həqiqətən nə xoşdur?", "Nədə rahatam?", "Harada kimisə təqlid edirəm, harada isə özümü ifadə edirəm?" kimi suallar soruşmaq vacibdir".

Mütəxəssis əlavə edib ki, fərdilik incə məqamlarda özünü göstərir - insanın danışıq tərzində, baxışında, rəng seçimində. Öz üslubunu müəyyən etmək üçün isə insanın özünə diqqəti və ən xırda detallarda belə özünlə harmoniya içində olmağa hazır olması lazımdır.

"İnsan kiməsə bənzəməyə çalışmadıqda, sadəcə özünə olmağa icazə verdikdə, o, həqiqətən nəzərə çarpır. Bu, kiminsə gözləntilərinə uyğun olduğuna görə deyil, öz daxili ahəngini yaşadığına görə baş verir", deyə Turlayeva yekunlaşdırıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->