Xəbər lenti

İdman 19:23 11.05.2024

"Turan Tovuz" "Araz Naxçıvan"a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında "Araz Naxçıvan" "Turan Tovuz"u qəbul edib.

"Liv Bona Dea Arena"da baş tutan maçtda qonaqlar minimal hesabla qalib gəlib gəliblər - 1:0.

Qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə meydan sahiblərinin qapısından Alexandro Serrano keçirib.

Günün digər oyununda "Zirə" və "Qarabağ" komandaları münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turun daha iki görüşü mayın 12-si keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->