Siyasət 23:04 22.05.2022

Türkiyə XİN rəhbəri 15 ildən sonra İsrailə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü İsrailə səfər etməyi planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu səfər son 15 ildə nazirin İsrailə ilk səfəri olacaq.

Bundan əvvəl M. Çavuşoğlu mayın 25-də israilli həmkarı Yair Lapidlə görüşmək üçün İsrailə səfər etməyi planlaşdırdığını bildirib. O, İsrail səfərindən bir gün əvvəl Fələstinə də səfər etməyi planlaşdırır.