Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq.
Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın ÇSKA klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq
Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar.
Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə "Şerif” (Moldova) – "Makkabi” (Tel-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
23 iyul
20.00 Qarabağ (Azərbaycan) - ÇSKA (Bolqarıstan)
Baş hakim: Daniele Çiffi, Ciovanni Baççini, Alessandro Lo Çiçero, Daniele Perenzoni (İtaliya).
VAR: Valerio Marini (İtaliya).
AVAR: Federiko La Penna (İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Şərhlər