UEFA Çempionlar Liqası və 2028-ci il Avropa çempionatında məcburi üç dəqiqəlik su fasilələrinin tətbiqi nəzərdə tutmur.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” nəşri yazır.
Qeyd olunur ki, bu qərar FIFA-nın mövqeyindən fərqlənir. FIFA hazırda ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında hər hissədə su fasilələrinin verilməsini məcburi edib.
UEFA nümayəndəsi bildirib ki, təşkilat yaxın turnirlərdə, o cümlədən Çempionlar Liqası və AVRO-2028-də qaydaları dəyişdirməyi planlaşdırmır.
Bununla belə, UEFA qaydalarına əsasən, su fasilələri yalnız istisna hallarda - hava temperaturu 35°C-dən yuxarı olduqda tətbiq edilə bilər.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında İngiltərə və Xorvatiya arasında keçirilən oyunda hakim Klement Tyurpen tərəfindən elan edilən su fasiləsi bəzi azarkeşlər tərəfindən fitlə qarşılanmışdı.
Növbəti Avropa çempionatı 2028-ci ildə 9 iyun–9 iyul tarixlərində Böyük Britaniya və İrlandiyada keçiriləcək.
Aydın
Şərhlər