Ölkə 09:59 05.12.2023

Ustalar məşhur müğənninin evini bərbad hala saldı

Müğənni Vüqar Muradov evində təmir işləri həyata keçirən ustalardan şikayətçidir.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sənətçi Rasim və Cəlal adlı ustaların onun evini bərbad vəziyyətə saldığını iddia edib.

O, ustaların onun evinə 3-4 min manat civarında zərər vurduğunu söyləyib.

Müğənni qeyd edib ki, hər iki usta evi yararsız təmir etsə də, sonradan bərpa edəcəklərinə söz verdikləri üçün işlərini davam etdirmələrinə razılıq verib.

O, bu razılıq qənaətinə isə humanistliyindən gəldiyini bildirib.

Amma onlar bərpa işlərini yerinə yetirmədən gedib və müğənniyə əlavə olaraq 810 manat da borclu qalıblar.

Ustalar pulu qaytaracaqlarına söz versələr də iki aydır müğənninin telefon zənglərinə cavab vermirlər.

V.Muradov buna görə hüquq-mühafizə orqanlarından kömək istədiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəllər də müğənninin başına analoji hadisə gəlib. İki il öncə onun evinə gələn kombi ustası 3500 manatını oğurlayıb.

O, həmin vaxt polisə müraciətindən sonra oğru tapılıb və onun pulu geri qaytarılıb.