Xəbər lenti

Vəkil Elçin Əhmədov məhkəmədə döyüldü
Ölkə 20:06 04.12.2025

Vəkil Elçin Əhmədov məhkəmədə döyüldü

Vəkil Elçin Əhmədov məhkəmədə döyülüb.

"Qafqazinfo”nun məlumatına görə, hadisə Xətai Rayon Məhkəməsində baş verib.

Vəkil icraatında olan cinayət işində qarşı tərəfi təmsil edən şəxs tərəfindən hücuma məruz qalıb. Nəticədə o, yüngül xəsarət alıb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->