Xəbər lenti

Afrika ölkəsi Britaniya hərbçilərini uzunmüddətli cinayətlərdə ittiham etdi
Dünya 17:02 04.12.2025

Afrika ölkəsi Britaniya hərbçilərini uzunmüddətli cinayətlərdə ittiham etdi

Keniya parlamentinin komissiyası iki il davam edən araşdırmanın nəticələrini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, araşdırma Britaniya hərbçilərinin davranışlarını əhatə edib. Onlar iki ölkə arasında razılaşmaya əsasən bu Afrika ölkəsində təlimlər keçirmək və yerli hərbçiləri hazırlamaq üçün yerləşdiriliblər. 

Keniya hakimiyyətinin iddiasına görə, Britaniya hərbçiləri onilliklər ərzində cinayətlər törədiblər, o cümlədən yerli əhalini öldürmək, işgəncə vermək və zorlamalar həyata keçirmək kimi insanlıq əleyhinə cinayətlərə yol veriblər. Bu barədə "The Kenya Times" məlumat yayıb.

1964-cü ildən qüvvədə olan müqaviləyə əsasən, "British Army Training Unit Kenya" (BATUK) kontingenti ildə iki dəfə, hər dəfə iki həftəlik hərbi təlimlər keçirə bilər. Eyni zamanda, 1 000-ə qədər Keniya hərbçisi təlimlərdə iştirak edə və Britaniyada hərbi hazırlıq keçə bilər. BATUK kontingentinin fəaliyyətləri Keniya Milli Assambleyasının Müdafiə, Kəşfiyyat və Xarici Əlaqələr Komitəsi tərəfindən araşdırılıb.

Araşdırmaçılar hərbi bazalara yaxın yaşayan sakinlərin ifadələrini toplayıblar, sübutlar və hadisələrlə bağlı materiallar, 1990-cı illərdən etibarən baş verənlər də daxil olmaqla, yığılıb. Britaniya hərbçilərinə qarşı irəli sürülən ittihamlar arasında yerli əhalinin qanunsuz saxlanması, təqib və köçürülmələrdə iştirak qeyd olunub. Parlament komitəsi bildirir ki, BATUK rəhbərliyi araşdırmaya əməkdaşlıq etməkdən qəti şəkildə imtina edib və diplomatik immunitetə istinad edib.

Araşdırmanın nəticələrini əks etdirən 94 səhifəlik hesabatda qeyd olunur ki, BATUK kontingenti getdikcə inkişaf tərəfdaşı yox, işğalçı kimi qəbul edilir, zərər çəkmiş sakinlər isə onu kolonializm dövrünün qanunsuzluqları ilə müqayisə edirlər.

Britaniya hakimiyyəti araşdırmanın dərcinə reaksiyasında dərin təəssüfünü ifadə edib və sübutlar təqdim edildikdən sonra bütün faktları diqqətlə araşdırmağa hazır olduğunu bəyan edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->