Xəbər lenti

Vergi, gömrük sahəsində yeni güzəşt və azadolmalar müəyyənləşdi
Ekonomiks14:24 13.10.2026

Vergi, gömrük sahəsində yeni güzəşt və azadolmalar müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabineti 8 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası"nda dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar müəyyənləşib.

Belə ki, siyahıya Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) artıq olmamaqla, raritet avtonəqliyyat vasitələrinin idxalı, eləcə də xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı əlavə edilib.