Xəbər lenti

Xabi Alonso
İdman 17:15 18.05.2023

Xabi Alonso "Bayer"də qalıb-qalmayacağını açıqladı

"Bayer"in baş məşqçisi Xabi Alonso klubdakı gələcəyi haqda danışıb.

Qaynarinfo xəbər verir ki, Avropa Liqasının yarımfinalından əvvəl təşkil olunan mətbuat konfransında danışan keçmiş futbolçu baş məşqçi postunda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandırıb. 

Cavab matçından əvvəl keçirdiyi mətbuat konfransında Alonso gələn mövsüm "Bayer"də qalacağını təsdiqləyib. Sabiq yarımmüdafiəçi rəqibi "Roma"nın baş məşqçisi Joze Mourinyo haqda da danışıb:

"Düzünü desəm, Mourinyonun ağlında nə baş verdiyini bilmək problem deyil. O, xüsusi bir addır və komandaya qələbə zehniyyətini necə aşılayacağını bilir. Buna görə də çox şey gözləyirik. Meydanda güclü rəqib var, amma hazırıq" - sözlərini deyib.

Xabinin Bundesliqa təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->