Tehranda ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi hücum nəticəsində həlak olan İranın sabiq ali dini lideri Seyid Əli Xamenei ilə vida mərasimi keçirilir.
Qaynarunfo xəbər verir ki, rəsmi dövlət dəfn mərasiminin sabah keçirilməsi planlaşdırılır. Hazırda Tehrandakı İmam Xomeyni Müsəlla məscidində təşkil olunan mərasimdə İran rəsmiləri, minlərlə vətəndaş və müxtəlif ölkələrin nümayəndə heyətləri iştirak edirlər.
Mərasim zamanı diqqət çəkən məqamlardan biri İran İnqilab Keşikçiləri Korpusunun komandanı Əhməd Vahidinin uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxması olub.
İran mediasının yayımladığı görüntülərdə Vahidinin Əli Xameneinin tabutu önündə ehtiram göstərdiyi, tabutun üzərinə əlini qoyaraq dua etdiyi əks olunub. ABŞ-İsrail-İran qarşıdurmasının başlanmasından sonra bu, onun ilk ictimai çıxışı kimi qiymətləndirilir.
İnqilab Keşikçiləri Korpusunun üzvləri və din xadimləri də İmam Xomeyni Müsəlla məscidinin həyətində matəm mərasimində iştirak ediblər.
İran rəsmilərinin məlumatına görə, dəfn mərasimlərində 15–20 milyon nəfərin iştirakı gözlənilir. Bu proqnoz doğrulanarsa, mərasim ölkə tarixinin ən böyük dövlət dəfn mərasimi olacaq.
Əli Xameneinin cənazəsi üzərində onun şəkilləri və sitatlarının yer aldığı plakatlarla bəzədilmiş Böyük Müsəlla kompleksində üç gün ərzində ziyarət üçün açıq saxlanılacaq. Həmin hücumlarda həyatını itirən ailə üzvlərinin cənazələri də eyni məkanda yerləşdirilib.
Aydın
Şərhlər