XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Röya Ayxanın 80 milyonluq ev alması iddiasına reaksiya (AÇIQLAMA)
Maqazin13:40 04.09.2026

Röya Ayxanın 80 milyonluq ev alması iddiasına reaksiya (AÇIQLAMA)

Xalq artisti Röya Ayxanın 80 milyon manatlıq mənzil alması ilə bağlı iddialara aydınlıq gətirilib.

Müğənninin prodüsseri Kənan Bayramov Qaynarinfo-ya açıqlamasında həmin mənzilin Röyaya aid olmadığını bildirib:

"Boş söhbətlərdir, belə məlumatlara inanmayın. Röyanın belə bir evi oldu və onu heç kəs bilmədi, ancaq rəy yazanlar bildi? Ağızlarına gələni yazırlar, insanları çaşdırırlar. Belələrini cəzalandırmaq lazımdır. İnsanları başqa istiqamətə yönəltmək olmaz. Bir evi var, onu da hamı görüb. Yolun kənarında yerləşir, hər gün çəkiliş edir, bütün respublika evin hər küncünü görüb. Röyanın belə evi olsaydı elə orada yaşayardı".

Kənan Bayramov 80 milyonluq evin başqa bir şəxsə aid olduğunu vurğulayıb.

Qeyd edək ki, mənzil eksperti Vüqar Əliyev Nazim Qasımzadənin "Uzun sözün qısası" podcastına müsahibəsində Bakıda 80 milyon manata ev satıldığını bildirib. İzləyicilər sözügedən mənzilin Xalq artisti Röya Ayxana satıldığını bildirib. Amma bu iddialar hələ təsdiqlənməyib.

Bahar Rüstəmli