Xəbər lenti

Yalnız Etna və mafiyadan ibarət deyil: Siciliyada mütləq görülməli 11 gözəl məkan
Dünya 09:45 09.09.2025

Yalnız Etna və mafiyadan ibarət deyil: Siciliyada mütləq görülməli 11 gözəl məkan

İtaliyanın Siciliya adası bir çoxları üçün əsasən mafiyanı xatırladan köhnə filmlərlə və daim püskürən Etna vulkanı ilə tanınır. Lakin ada həm də turistlər üçün əsl cənnət hesab olunur və yaxınlarda tək səyahət edənlər üçün Avropanın ən yaxşı məkanı kimi seçilib.

Qaynarinfo xəbər verir ki, Britaniyanın lüks istirahət üzrə ixtisaslaşan "eShores" turizm şirkəti Siciliyada ziyarət edilməli 11 yeri açıqlayıb. Siyahıda həm tarixi şəhərlər, həm də təbiət möcüzələri yer alır.

Şirkətin məlumatında qeyd edilir: "Fəal vulkanlar, orta əsr şəhərləri, füsunkar sahillər və günəşli çimərliklər, həmçinin italyan mədəniyyəti, gurultulu bazarlar, birinci dərəcəli mətbəx və şərab – Siciliyanı gözəl edən əsas xüsusiyyətlərdir".

Siciliyada mütləq görülməli 11 məkan:

* Palermo – gözəl memarlıq nümunələri və ləzzətli küçə yeməkləri ilə gurultulu paytaxt.

* Çefalu – XII əsrə aid kilsəsi və füsunkar çimərliyi ilə sahil şəhəri.

* San Vito Lo Capo – təmiz firuzəyi suları, təbiət qoruğu və möhtəşəm çimərliyi ilə tanınır.

* Kataniya – qara vulkanik daşlardan tikilmiş canlı universitet şəhəri, Etnaya yaxınlığı ilə fərqlənir.

* Etna bölgəsi – Avropanın ən fəal vulkanı, fəaliyyət göstərən kraterlərə aparan kanat yolu və vulkanik torpaq üzərində yetişdirilən şərabları ilə məşhurdur.

* Taormina – qayalıqlar üzərində yerləşən, qədim yunan-roma teatrı ilə tanınan zərif sahil şəhəri.

* Sirakuza – qədim arxeoloji abidələr və Ortidciya adasındakı barokko üslubunun gözəlliyi.

* Noto – əhəngdaşı memarlığı, barokko üslubu və badam delikatesləri ilə tanınan şəhər.

* Raguza – təpələr üzərində qurulmuş, dar küçələri ilə gəzinti üçün ideal barokko şəhəri.

* Aqridjento – qədim Yunanıstanın izlərini yaşadan məşhur "Məbədlər vadisi".

* Eriçe – dağın zirvəsində yerləşən, füsunkar mənzərələri ilə seçilən orta əsr şəhəri.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->