Xəbər lenti

Yeni qayda: Krediti gecikdirənlər nə qədər faiz ödəyəcək?
Ekonomiks 13:03 25.02.2023

Yeni qayda: Krediti gecikdirənlər nə qədər faiz ödəyəcək?

"Əslində bu, vətəndaşlar üçün yaxşıdır. Çünki əlavə borc yükü olmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisdı Mülki Məcəlləyə edilən dəyişiklikdən, yəni kreditin gecikdirilməsinə görə yeni qaydalardan danışarkən deyib. Onun sözlərinə görə, hökumət kreditin gecikdirilməsinin səbəblərini tapmalıdır:
 


"Bunun çox sadə izahı bundan ibarətdir ki, əvvəllər dövrə və hər ay gecikdirilmiş kreditə görə müqavilədə nəzərdə tutulan kredit faizi hesablanırdı. İndi isə maksimin 5% hesablanacaq. Amma hər halda hökümət daha çox fikirləşməlidir ki, nəyə görə insanlar götürdükləri krediti gecikdirir”.

Natiq Cəfərli hesab edir ki, bunun səbəbləri ilə bağlı müəyyən addımların atılmasına ehtiyac var.

Qeyd edək ki, Azərbaycanda kreditin gecikdirilməsinə görə yeni qaydalar müəyyən edilir. Milli Məclisin Mülki Məcəlləyə edilən dəyişikliyə  məcəllədə və müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun pul məbləğini ödəməsini gecikdirməsinə görə kreditorun tələb edə biləcəyi məbləğ məhdudlaşdırılır. Bu halda gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə görə illik 5 faizdən çox olmamaq şərti qoyulur.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->