Xəbər lenti

Ekonomiks 12:16 01.07.2025

"Yüksəliş"in qalibi vəzifəyə təyin olundu

"Baku Electronics” MMC-də yeni təyinat olub.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, Aslan Həsənli "Baku Electronics” MMC-nin Marketinq direktoru təyin edilib.

2024-cü ilin may ayından bu vəzifəsinə qədər o,  "Wemark Global Marketech” şirkətində Strategiya və Layihələrin idarəedilməsi departamentinin direktoru olub. Bundan başqa o, 2022-2024-cü illərdə "Baku Electronics”də Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Aslan Həsənli Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər (türk proqramı) ixtisası üzrə bakalavriat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura təhsili alıb.

O, 4-cü  Yüksəliş Müsabiqəsinin qalibidir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->