Türkiyə Super Liqa komandalarından "Hatayspor"da forma geyinən və zəlzələdə dağıntılar altında həyatını itirən Kristian Atsunun cənazəsi Qanaya çatıb.
	
Qaynarinfo-nun məlumatına görə, Kahramanmaraşda baş verən və 11 vilayətə təsir edən zəlzələdən sonra Hatayda dağılan "Rönesans Residence"in dağıntıları altında qalan "Hatayspor"un futbolçusu Kristian Atsunun cəsədi 12-ci gün tapılıb. Əvvəlcə Adanaya, oradan da təyyarə ilə İstanbula gətirilən cənazə bazar günü saat 15.20-də Qananın paytaxtı Akkraya göndərilib.
	
 
Futbolçunun cənazəsi ölkəsində hərbi mərasimlə dəfn olunub.
 
	
Səbuhi Həsənov
             
            
Şərhlər