Abşeron rayonu Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.
Bu barədə "Report"a uşağın atası Amid Turabov məlumat verib.
O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Sumqayıt şəhərində yerləşən Uşaq Xəstəxanasına aparılan 14 yaşlı uşağın hazırda müalicəsinin davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər