Sənət 10:40 06.02.2023

Zeynəb Dostəliyeva ilə vida mərasimi harada keçiriləcək? (AÇIQLAMA)

Müğənni Zeynəb Dostəliyeva ilə vida mərasimi Xalq artisti Nazpəri Dostəliyevanın evində keçiriləcək.
 
Bu barədə Qaynarinfo-ya Xalq artisti Nazpəri Dostəliyeva məlumat verib. O, bildirib ki, mərhum bacısı Səngəçal qəbistanlığında anasının yanında dəfn olunacaq:
 
"Bacımın evi şəhərdən uzaqdır. Mən vida mərasiminə gələnlərə əziyyət vermək istəmirəm. Odur ki, vida mərasimi mənim evimdə təşkil olunacaq. Çox pisəm, oğlumdan sonra bacımı da itirdim”. 

Qeyd edək ki, müğənni Zeynəb Dostəliyeva dünən vəfat edib. Həkimlər ona qaraciyər sirrozu və böyrək çatışmazlığı diaqnozu qoymuşdu. 

Bahar Rüstəmli