Xəbər lenti

İdman 10:37 28.12.2023

2023-cü ildə kayerasını bitirən məşhur futbolçular

Dünya futbol ictimaiyyəti Lionel Messi və Kriştiano Ronaldodan sonra növbəti ulduzunu axtardığı bir zamanda vaxtilə azarkeşlərin qəlbində iz buraxan bir sıra futbolçular karyeralarını bitirdi. Əfsanə adlandıra biləcəyimiz belə futbolçulardan bəziləri butslarını mismardan asan kimi elə  futbolda özlərinə başqa səhifə açdılar. Bəs bu il futbolla kim vidalaşıb?

Qaynarinfo 2023-cü ildə karyerasını bitirmiş məşhur futbolçuların adlarını nəzərinizə çatdırır.

Zlatan İbrahimoviç
 


2023-cü ildə futbolla vidalaşan və bənzərsiz xarakterə malik Zlatan İbrahimoviçin sonuncu klubu "Milan" oldu. İsveçli əfsanə 42 yaşına kimi futbol oynadı. "Malmö”, "Ayaks”, "Yuventus”, "İnter”, "Barselona”, "PSJ”, "Mançester Yunayted”dən sonra Zlatanın karyerasında "Los Anceles Qalaksi” də var. Futbol hekayəsi bitsə də, o, oyunda qalmağa davam etdi və hazırda "Milan”da xüsusi məsləhətçi kimi fəaliyyət göstərir.

Eden Azar
 


Belçika futbolunun "qızıl oğlan”ı kimi başlayan Eden Azarın karyerası heç də parlaq bitmədi. Son illərdə zədələrdən xeyli əziyyət çəkən vinger 2023-cü ilin oktyabrında, cəmi 32 yaşında butslarını mismardan asdı. Sonuncu dəfə "Real”da çıxış edən futbolçunun qızıl illəri "Çelsi”də keçib.

Kevin-Prins Boatenq
 


Son illərdə Qana futbolunun ən önəmli simalarından biridir. Kevin-Prins Qanada oynamış, qardaşı isə Almaniya millisini seçmişdi. Qısa müddət ərzində Türkiyədə "Beşiktaş”da da çıxış edən Boatenq 2023-cü ildə 36 yaşında futbolla vidalaşdı. 

Emmanuel Adebayor
 


Gənc vaxtlarında "Arsenal", "Mançester Siti" və "Real”da oynamış Adebayor da uzun müddət Türkiyədə çıxış edib. Toqolu əfsanə 2023-cü ildə 39 yaşında futbolla vidalaşıb. 

Canluici Buffon
 


PSJ-də bir illik fasilədən başqa, futbol oynamağa başladığı "Parma"ya qayıdan məşhur qapıçı 2023-cü ilin avqustunda, 45 yaşında karyerasını bitirdiyini elan etdi. 

Marek Hamşik
 


"Napoli"nin ikonik adlarından biri olan Hamşik İtaliya klubunda bəzən Maradona ilə müqayisə edilirdi. "Trabzonspor”la karyerasının ilk liqa çempionluğunu qazanan slovakiyalı futbolçu 36 yaşında ikən butslıarını mismardan asdı. Özünəməxsus "mogikan” saç tərzi ilə tanınan Hamşik "Trabzonspor"da olarkən verdiyi açıqlamada, "Bir gün saçlarımı kəssəm, bu, futbolu tərk etdiyim anlamına gələr" - demişdi. Hamşik saçını kəsdirdikdən bir müddət sonra futbolu tərk etdiyini açıqladı.

Məsut Özil
 


Karyerasının son dönəmlərində Superliqadakı çıxışı ilə tənqidlərə tuş gəlsə də, Məsut Özil futbol dünyasının əsl əfsanələrindən biri idi. Almaniya millisi, "Real” və "Arsenal”da unudulmaz çıxışları ilə yadda qalan Özil 2023-cü ildə karyerasını bitirən futbolçulardan biri oldu.

Sesk Fabreqas
 


"Barselona”nın yetirməsi karyerasında qəfil gözləmədiyi səyahətə çıxdı və Fabreqas Londonda futbolla vidalaşdı. "Arsenal"a keçən yarımmüdafiəçi Arsen Vengerin rəhbərliyi altında qısa müddətdə Premyer Liqanın ulduzuna çevrildi. Daha sonra "Çelsi" və "Barselona"da çıxış edən ispaniyalı futbolçu 36 yaşında şəriklərindən biri olduğu italyan klubu "Komo”da karyerasını bitirdi.

Ciorcio Kyellini
 


İtaliya millisinin heyətində AVRO-2020-nin qalibi olan Kyellini komandaya böyük liderlik etdi. 2005-2022-ci illərdə - ardıcıl 17 mövsüm "Yuventus"da çıxış edən futbolçu Turin təmsilçisinin simvoluna çevrildi. O, karyerasını 39 yaşında ABŞ-ın əsas liqası olan MLS-də başa vurdu.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->