Xəbər lenti

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
İdman19:09 18.10.2026

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan idmançısı Selcan Mahsudova qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Təmsilçimiz fərdi proqramda 55,540 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.