Xəbər lenti

Azərbaycanda iş saatlarına görə ilk üçlük açıqlandı
Ekonomiks18:47 18.10.2026

Azərbaycanda iş saatlarına görə ilk üçlük açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 146,8 saat təşkil edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox işləyənlər turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışanlardır. Bu sahədə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 155,2 saat olub.

Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlar ay ərzində orta hesabla 155,1 saat, tikinti sahəsində çalışanlar isə 154,6 saat işləyiblər.

Ən az işləyənlər isə digər sahələrdə xidmətlərin göstərilməsi ilə məşğul olanlardır. Bu sahədə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 135 saat təşkil edib. Təhsil sahəsində çalışanlar üzrə bu göstərici 135,7 saat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 140,2 saat olub.

Digər iqtisadi fəaliyyət sahələri üzrə orta aylıq işlənmiş iş saatlarının miqdarı belə olub:

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 151,3 saat

Mədənçıxarma sənayesi – 146,2 saat

Emal sənayesi – 147,1 saat

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 151,1 saat

Su təchizatı, tullantıların təmizlənməsi və emalı – 152 saat

Nəqliyyat və anbar təsərrüfatı – 143,7 saat

İnformasiya və rabitə – 144,4 saat

Maliyyə və sığorta fəaliyyəti – 148 saat

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 144,2 saat

Peşə, elmi və texniki fəaliyyət – 143 saat

İnzibati və yardımçı xidmətlərin göstərilməsi – 146,7 saat

Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 152,4 saat

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 147,7 saat.