Türkiyənin Samsun şəhərində oğurluq cinayətinə görə üç ayrı məhkumluğu olan və 2018-ci ildən axtarışda olan Tuğrul Başar İstanbulun Kadıköy rayonunda saxlanılıb.
Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, İstanbul Asayiş Şöbəsinin Axtarılan Şəxslər Büro Amirliyi uzun müddətdir axtarışda olan məhkumların tutulması üçün əməliyyat keçirib. Araşdırmalar zamanı 2010-cu ildə Samsunda “səlahiyyəti olmadığı halda rəsmi vəzifəli şəxs kimi davranaraq oğurluq etmək” cinayətinə görə üç ayrı həbs cəzası alan Başarın Kadıköydə olduğu müəyyənləşdirilib.
Polisin araşdırması nəticəsində məlum olub ki, 28 fevral 2018-ci ildən axtarışda olan şəxs yaxalanmamaq üçün qadın qiyafəsində gəzib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Başar əvvəlki gün saxlanılıb. Onun üzərindən bacısına məxsus şəxsiyyət vəsiqəsi də aşkarlanıb. Məlumata görə, şübhəli uzun illər ərzində bacısının kimliyindən istifadə etməklə hüquq-mühafizə orqanlarından yayınmağı bacarıb.
Başar barəsində başqa şəxsə məxsus şəxsiyyət məlumatlarından istifadə etmə ittihamı ilə də hüquqi prosedur başladılıb.
Saxlanılan şəxs sonrakı prosedurların aparılması üçün Kadıköy İskele Polis Bölməsinə təhvil verilib.
Aydın


Şərhlər