XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı
Ölkə16:11 07.09.2026

Bakıda ata və oğul arasında iş üstündə dava - Yumruq vurdu, 9 ay cəza aldı

Bakıda ata ilə oğlu arasında işlə bağlı mübahisə yaranıb.

Qaynarinfo xəbər verir ki, N.A. işləmədiyinə görə oğlu E.N.-yə irad bildirib. Mübahisə sonda tərəflər arasında davaya səbəb olub.

E.N. atasına yumruqla sinə və sol qol nahiyələrindən bir neçə dəfə zərbə endirib. Nəticədə N.A.-nın sol bazusunun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının əzilməsi müəyyən edilib.

Ekspertiza həmin xəsarəti sağlamlığa zərər vurmayan, yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən E.N. hadisəni törətdiyini təsdiqləyib. O, ifadəsində N.A.-nın doğma atası olduğunu, işləməməsi səbəbindən aralarında mütəmadi olaraq mübahisələr yarandığını bildirib. Hadisə günü atasının onu nalayiq ifadələrlə təhqir etdiyini və bundan əsəbiləşərək ona zərbələr endirdiyini deyib.

Zərərçəkmiş N.A. da məhkəmədə verdiyi ifadəsində oğlunun onu yumruqla bir neçə dəfə vuraraq xəsarət yetirdiyini təsdiqləyib. O, oğlu ilə barışmadığını deyərək onun cəzalandırılmasını xahiş edib.

Məhkəmənin hökmü ilə E.N. Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib. Ona 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Seyid