Xəbər lenti

ABŞ-ın DÇ-2026-ya buraxmadığı somalili hakim UEFA Super Kubokunu idarə edəcək
İdman 18:00 11.06.2026

ABŞ-ın DÇ-2026-ya buraxmadığı somalili hakim UEFA Super Kubokunu idarə edəcək

ABŞ-a girişinə icazə verilmədiyi üçün 2026 dünya çempionatını buraxan hakim somalili hakim Ömər Əbdülqadir Artan UEFA Super Kubokunu idarə edəcək.

Qaynarinfo xəbər verir ki, UEFA-nın mətbuat xidmətinin məlumatına görə, somaliyalı hakim Fransanın PSJ və İngiltərənin "Aston Villa" klubu arasında keçiriləcək Super Kubok matçında ədalət qoruyacaq.

Afrikanın ən yaxşı hakimi hesab olunan Artanın ABŞ-a girişinə icazə verilməyib və bu səbəbdən o, 2026 dünya çempionatında iştirak edə bilməyəcək. PSJ - "Aston Villa" oyunu 12 avqustda Zaltsburqda keçiriləcək.

2026 dünya çempionatı 11 iyunda start götürəcək və 19 iyulda başa çatacaq. Oyunlar ABŞ, Meksika və Kanadada təşkil olunacaq. Bu turnir tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçiriləcək. Hazırkı dünya çempionu Argentina millisidir - komanda 2022-ci il finalında Fransanı məğlub edib.

Aydın

--> -->