Xudayar oxuduqca ətrafda hissə-hissə düşmən tapdağından azad olunmuş dağlarımız görünürdü, duman görünürdü. Sanki mahnı özünün süjetinin konturlarını cızırdı dağların qoynunda. Qarşıda dumanlar içində sevinc və döyüş amacının təzadından yaranan bir peyzaj açılırdı gözlərimiz önündə...