Xəbər lenti

Ekonomiks 19:40 16.01.2024

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək

Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Lənkəran regional "ASAN xidmət” mərkəzinin açılışı zamanı məlumat verilib.

İşğaldan azad olunmuş ərazilərdə "ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda hazırda Şuşa şəhərində də "ASAN xidmət”in binasının inşası davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->