Dünya 17:54 28.04.2023

Almaniya hərbi briqadası Litvada yerləşdiriləcək - Razılıq verildi

Litva prezidenti Gitanas Nauseda Almaniya kansleri Olaf Şolzla alman hərbi briqadasını qəbul etmək barədə razılığa gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Litva Respublikası rəhbərinin mətbuat xidməti məlumat yayıb.

"Alman briqadasını mümkün qədər tez tam heyətlə qəbul etmək istəyirik. Müttəfiq qoşunların Litva ərazisində daimi mövcudluğu bizim mütləq prioritetimizdir. Biz öz tərəfimizdən 2026-cı ildə alman briqadasının yerləşdirilməsi üçün şərait yaratmaqdan ötrü hər şeyi edəcəyik”, - deyən Nauseda ölkənin müdafiə xərclərini aktiv şəkildə artırdığını və hərbi infrastruktura sərmayə yatırdığını bildirib.

Bundan əlavə, Nauseda və Şolz Ukraynaya hərbi və humanitar yardımı müzakirə ediblər.

Alpər