Maqazin 13:07 30.08.2022

Ancelina Coli və Conni Depp Sankt-Peterburqda evlənəcək

Sankt-Peterburqda kreativ cütlük bütün dünyanın onların toylarından xəbər tutması üçün adlarını dəyişmək qərarına gəlib.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, gənclər Ancelina Coli və Conni Deppin adları olan yeni pasportlar alıblar.
 
Eyni zamanda, rusiyalı Conni Depp aktyor deyil, rəssam və dizaynerdir. Əsl adı Yekaterina olan nişanlısının isə psixoloq olduğu ortaya çıxıb.

Xoşbəxt bəyin dediyinə görə, o, gələcək həyat yoldaşı ilə şəxsi inkişaf təlimində tanış olub. Cütlük sentyabrın 8-də toy etməyi planlaşdırır.

Gənclərin sənədlərindəki ata adları olduğu kimi qalıb, indi adları Conni Yevgeniyeviç və Ancelina Alekseyevna kimi səslənir.

Alpər