İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Avropa Rusiyanın Balkanlarda təsirini məhdudlaşdırmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Onun sözlərinə görə, Qərbi Balkanlarda sabitlik sülh üçün vacibdir.
"Biz Qərbi Balkanlarda rusları dayandırmalıyıq, bizə daha çox Avropa lazımdır", - italyan nazir deyib.
Daha əvvəl bu mövzu ilə bağlı Sloveniya prezidenti Borut Pahor açıqlama verərək bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi uzanarsa, gərginlik Qərbi Balkanlara da keçə bilər.
Nizami Bağırov
Şərhlər