Xəbər lenti

İdman 11:33 15.07.2023

"Ayaks" daha bir yetirməsindən milyonlarla qazanc əldə etdi

Niderlandın ən güclü futbol akademiyalarından birinə sahib olan "Ayaks" növbəti yetirməsindən qazanc əldə edib. 

Qaynarinfo-nun məlumatına görə, klub Jurrien Timberi İngiltərə "Arsenal"ına satıb. London klubu 22 yaşlı niderlandlı ilə uzunmüddətli müqavilə imzaladığını açıqlayıb.

İngiltərə mətbuatında transferin 40 milyon avroya başa gəldiyi, bonuslarla isə bu məbləğin 45 milyon avroya çata biləcəyi bildirilir.

Yetirməsi olduğu "Ayaks"ın əsas komandasında 121 oyun keçirən Timber bu müddətdə 6 qola imza atıb. Həm sağ cinahda, həm də mərkəzdə oynaya bilən gənc müdafiəçi Niderland millsində 15 matça çıxıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->