XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Niderlanddakı yeni səfirimiz əvvəl harda işləyib?
Siyasət15:40 04.09.2026

Niderlanddakı yeni səfirimiz əvvəl harda işləyib?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Niderlanda səfir təyin edib. Dövlət başçısının sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov isə Niderlandda fövqəladə və səlahiyyətli səfirləri təyin ediliblər.

Qaynarinfo xəbər verir ki, bundan əvvəl Anar Əcəmov Azərbaycanın Serbiyadakı səfirliyində müşavir, daha sonra isə Monteneqrodakı diplomatik nümayəndəliyində müşavir vəzifəsində fəaliyyət göstərib.

2018-ci ildə Azərbaycanın Monteneqrodakı müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.

Daha sonra Xarici İşlər Nazirliyində çalışıb. 2025-ci ildə onun XİN-in Avropa idarəsinin müdiri vəzifəsini icra etdiyi bildirilib.

Qeyd edək ki, Azərbaycanın Niderlanddakı sonuncu səfiri Məmməd Bahəddin oğlu Əhmədzadə ötən ayın 10-da geri çağırılıb.

Aydın