Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub.
Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın "Bukovina" klubu ilə anlaşıb.
Təcrübəli forvard 2-3 gün ərzində yeni komandası ilə müqavilə imzalayacaq. Sözləşmənin detalları bəlli deyil.
Məlumat üçün bildirək ki, "Bukovina" bu mövsüm Ukrayna Premyer Liqasına yüksəlib. Komanda hazırda 5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, Renat Dadaşov son olaraq Polşanın "Motor" klubunda çıxış edib. O, ötən mövsümün sonunda Lublin təmsilçisindən ayrılıb.
Şərhlər