Ekonomiks 17:22 18.12.2022

AZAL Naxçıvana uçuşlarla bağlı sərnişinlərə müraciət etdi

Naxçıvan şəhəri üzərində davam edən əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən dekabrın 18-i "Azərbaycan Hava Yolları" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə həyata keçiriləcək bütün reysləri təxirə salınıb.

Bu barədə Qaynarinfo-ya "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

AZAL sərnişinlərdən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edib.

"Əlavə suallar yarandıqda, aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə [email protected] elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 "WhatsApp" nömrələri vasitəsilə müraciət edə bilərsiniz”, - AZAL-dan əlavə edilib.