Xəbər lenti

Azərbaycan XİN-dən COP31-lə bağlı təbrik
Siyasət 14:06 24.11.2025

Azərbaycan XİN-dən COP31-lə bağlı təbrik

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin "X” hesabında paylaşım olunub.

"Biz qardaş Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) ev sahibi, Avstraliyanı isə Danışıqların Prezidenti seçilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirik. COP29-un Prezidenti olaraq, Azərbaycan bu vacib missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün səylərini əsirgəməyəcək. Biz hər iki ölkəyə uğurlar arzu edirik və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək”, - paylaşımda bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->