Sağlamlıq 16:14 28.03.2023

Azərbaycanda pandemiya bitdi? - Həkim-infeksionistdən cavab

"Əgər may ayında karantin rejimi ilə bağlı hər hansı bir sərt addım atılmasa, koronovirusun bitməsi haqqında nəsə demək mümkündür”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev Azərbaycanda koronavirus pandemiyasının tam başa çatması ilə bağlı deyilənlərə aydınlıq gətirərkən bildirib.

İnfeksionist qeyd edib ki, xüsusi karantin rejimi may ayının 1-nə kimi uzadılıb: "Hazırda xəstəxanada koronovirusdan müalicə alan xəstələrimiz var”.

Qeyd edək ki, Baş nazirin əmri ilə Azərbaycanda COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilib, məhdudiyyətlər aradan götürülüb. 

Bahar Rüstəmli