Bu ilin yanvar-may aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 8,828 milyon ton xam neft və bitumlu süxurlardan əldə edilən neft məhsulları ixrac edilib. Bu ixracın dəyəri 5,121 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasında bildirilib.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, həcm ifadəsində isə 1,535 milyon ton və ya 14,8 faiz azalıb.
Bu ilin yanvar-may aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 5,339 milyon ton neft 3,021 milyard ABŞ dolları dəyərində ixrac olunub. Sonrakı yerlərdə Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.
Cədvəldə 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən 10 ölkə göstərilib:
Qeyd edək ki, Azərbaycandan çıxarılan neft qonşu ölkələrə və dünya bazarlarına üç neft kəməri vasitəsilə nəql olunur: Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC). Hazırda Bakı-Supsa kəməri ilə nefti
Şərhlər