"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Portuqaliyalı oyunçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq.
25 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Fernandeş son olaraq "Şamaxı" klubunun formasını geyinib.
"Sportinq" klubunun yetirməsi olan futbolçu bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin "Portu"nun əvəzedici komandasında da forma geyinib, Portuqaliyanın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.
Şərhlər