Xəbər lenti

İdman 20:42 20.06.2026

"Qarabağ" "Zirə"i məğlub etdi

"Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Qaynarinfo-nun məlumatına görə, "Azersun Arena"nın məşq meydançasında baş tutan qarşılaşmada Ağdam təmsilçisi rəqibini məğlub edib.

Görüş 4:3 hesabı ilə bitib.

"Köhlən atlar"ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli, Bakı klubunda George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov fərqləniblər.
--> -->