Xəbər lenti

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artdı
İdman 09:09 17.07.2026

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artdı

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.

"Report" xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyununda qələbə qazanmaları sayəsində mümkün olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasında İslandiyanın "Vestri", "qartallar" UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" komandasını üç cavabsız qolla üstələyib. Hər iki qarşılaşma səfərdə baş tutub.

Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,500-ə çatıb. Azərbaycan (20,062) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750, 27-ci mövqedəki Bolqarıstanın 18,562 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.


Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->