Xəbər lenti

Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanıldı
Ölkə 20:10 23.06.2026

Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanıldı

Bakıda motosiklet sürücüsünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

APA-nın xəbərinə görə, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.
--> -->