Xəbər lenti

Baş nazir ərinin biznesini maliyyələşdirdiyini etiraf etdi:
Dünya 19:51 04.09.2023

Baş nazir ərinin biznesini maliyyələşdirdiyini etiraf etdi: "18 yaşımdan işləyirəm"

Estoniyanın baş naziri Kaya Kallas ərinin Rusiyada nəqliyyat və anbar xidmətləri göstərən "Stark Logistics” və "Stark Warehousing” şirkətlərini siyasi karyerasına başlamazdan əvvəl yığa bildiyi şəxsi vəsaiti hesabına maliyyələşdirdiyini bildirib. 

Qaynarinfo xəbər verir ki, Kaya Kallas bu barədə respublika parlamentinin korrupsiyaya qarşı mübarizə üzrə xüsusi komissiyasının iclasında bildirib.

Baş nazir əri Arvo Hallikin şirkətlərinə 370 min avro dəyərində iki kreditin verildiyi əmanətin vəkil işlədiyi dövrdə yığıldığını deyib: "18 yaşımdan işləyirəm. İki hüquq firmasının ortağı olmuşam. 2011-ci ildən mənim bütün gəlirlərim açıqlanıb və iqtisadi maraqlar bəyannaməsi vasitəsilə baxıla bilər. Sənədlərim təmizdir".

Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Kaya Kallas dəfələrlə Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsinin tərəfdarı olub. Avqustun sonunda Estoniya mediası qismən Arvo Hallikə məxsus olan "Stark Logistics" nəqliyyat şirkətinin Rusiyaya daşıma müqavilələrini yerinə yetirməkdə davam etdiyini bildirib. Arvo Hallik bildirib ki, "Stark Logistics"in Rusiyada yalnız bir müştərisi qalıb və o, tezliklə şirkətdəki 24,8% payını satmaq niyyətindədir.

Parlamentdəki Mərkəz Partiyası fraksiyası baş nazirə etimadsızlıq səsverməsi ilə bağlı danışıqlar apardığını açıqlayıb. Kaya Kallas əri ilə əlaqəli şirkətlərin fəaliyyətinə görə üzr istəyib, lakin buna görə baş nazir postunu tərk etməyəcəyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->