Dünya 15:12 21.05.2022

Bayden Koreyada təcili şəkildə Ukraynaya 40 milyardlıq yardım paketini imzaladı

ABŞ prezidenti Co Bayden şənbə günü Ukraynaya 40 milyard dollarlıq dəstək paketini imzalayıb.

Qaynarinfo Pravda.com-ua-ya istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bayden Cənubi Koreyaya səfərdə olduğu üçün qanun layihəsi ABŞ-dan onun imzası üçün oraya çatdırılıb.

Təsdiqlənmiş qanun layihəsi ümumilikdə 20 milyard dollar hərbi yardım, Ukraynaya ümumi iqtisadi dəstək üçün 8 milyard dollardan çox, potensial ərzaq çatışmazlığını aradan qaldırmaq üçün 5 milyard dollara yaxın qlobal ərzaq yardımı və qaçqınlara 1 milyard dollardan çox birgə dəstək nəzərdə tutur.

"The Washington Post”un yazdığına görə, həmin qanun həmçinin Amerikanın müasir "Patriot” hava hücumundan müdafiə sistemlərinin Ukraynaya ötürülməsini nəzərdə tutur.

Pentaqonun sözçüsü Con Kirbi bu ayın əvvəlində Baydenin Ukraynaya sürətlə silah yerləşdirməsi üçün istifadə etdiyi maliyyənin, yeni vəsaitlər ayrılmayacağı təqdirdə mayın üçüncü həftəsinə qədər tükənəcəyini deyib. Ona görə də qanun layihəsinin tezliklə imzalanması vacibdir.

Alpər