Xəbər lenti

İdman 12:48 15.08.2023

"Beşiktaş" və "Tottenhem"in sabiq ulduzu Səudiyyə Ərəbistanına getdi

"Beşiktaş”ın sabiq futbolçusu Kevin Nkodu da Səudiyyə Ərəbistanı Pro Liqasına keçib.

Qaynarinfo-nun məlumatına görə, futbolçu "Damac”la ikiillik müqavilə imzalayıb. Bu barədə klubdan açıqlama verilib. 

2019-cu ildə Premyer Liqa komandası "Tottenhem”dən "Beşiktaş”a transfer olunan Nkodu ağ-qara formada meydana çıxdığı 108 matçda 21 qola, doqquz məhsuldar ötürməyə imza atıb.

28 yaşlı futbolçu daha əvvəl "Marsel", "Nant", "Börnli" və "Monako"da çıxış edib.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?