Xəbər lenti

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək (XƏBƏRDARLIQ)
Ölkə 17:28 08.06.2026

Bəzi rayonlarda dolu düşəcək, çaylardan daşqın və sel keçəcək (XƏBƏRDARLIQ)

İyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
--> -->