Xəbər lenti

Boğazda düyün və başdakı səslər xərçəngdən xəbər verə bilər - Həkim
Sağlamlıq 22:44 10.12.2023

Boğazda düyün və başdakı səslər xərçəngdən xəbər verə bilər - Həkim

Timoma timusun bədxassəli şişidir, bəzən boğazda düyün hissi və başda səs-küy ilə müşayiət oluna bilər. 

Qaynarinfo xəbət verir ki, bunu torakal cərrah, Rusiya Elmi Cərrahiyyə Mərkəzinin döş qəfəsi cərrahiyyəsi və onkologiya şöbəsinin müdiri Dmitri Bazarov deyib.

Mütəxəssis qeyd edib ki, semptomlar çox vaxt şişin növündən asılıdır. Bəzən timomalar sinə ağrısı, quru öskürək və nəfəs darlığı ilə müşayiət olunan sıxılma mediastin sindromuna səbəb olur:

"Timoma həmçinin traxeyanın və böyük bronxların sıxılma hissi və tənəffüs çatışmazlığı ilə də göstərilə bilər. Bundan əlavə, venoz gövdələrin sıxılma simptomu var, bu zaman başdan və bədənin yuxarı yarısından venoz qanın çıxması pozulur. Bunlar başdakı səslər, baş ağrıları, üzün şişməsi, venoz təzyiqin artmasıdır. Özofagusun sıxılması udma pozğunluğu ilə müşayiət olunur - disfagiya. Bunu boğazda şiş hissi ilə müqayisə etmək olar", deyə Bazarov qeyd edib.

Bundan əlavə, bəzi xəstələrdə bu şiş, zolaqlı əzələlərin patoloji sürətli yorğunluğu olan miyasteniya gravis ilə müşayiət olunur. Həmçinin, timoma frenik sinirə təzyiq göstərə bilər və sonra xəstələrin nəfəs alması da pozulur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->