XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu ölkə narkotik alverinə görə ölüm cəzasını ləğv edəcək
Dünya16:23 20.08.2026

Bu ölkə narkotik alverinə görə ölüm cəzasını ləğv edəcək

Vyetnam hökuməti narkotik alveri və yetkinlik yaşına çatmayanların zorlanması da daxil olmaqla, altı növ cinayətə görə ölüm cəzasının ləğv edilməsini təklif edib.

Qaynarinfo “Reuters”ə istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinə yenidən baxılması çərçivəsində hazırlanıb və yeni qanun layihəsi Milli Assambleyaya təqdim olunub.

Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuang bildirib ki, dəyişikliklərin qəbulundan sonra ölkədə ölüm cəzası yalnız dövlətə xəyanət, qəsdən adam öldürmə, terrorçuluq və narkotik maddələrin istehsalına görə tətbiq ediləcək.

2025-ci ildə bu siyahıdan səkkiz cinayət çıxarılıb. Onların arasında mənimsəmə və hökuməti devirməyə yönəlmiş fəaliyyət də olub.

“Reuters”in məlumatına görə, Vyetnamın Cinayət Məcəlləsinə təklif olunan digər dəyişikliklər insan hüquqları təşkilatlarının narahatlığına səbəb olur. Xüsusilə “dövlətin maraqlarını pozan” və “Vyetnam Kommunist Partiyasına qarşı yönəlmiş” əməllərə görə cəzaların sərtləşdirilməsi nəzərdə tutulur.

Milli Assambleya Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikləri yaxın vaxtlarda müzakirə edəcək. Qanun layihəsinin oktyabrda başlayacaq parlamentin növbəti sessiyasında səsverməyə çıxarılması mümkündür.

Dəyişikliklər parlament tərəfindən təsdiqlənərsə, yeni Cinayət Məcəlləsi 2027-ci ilin martında qüvvəyə minəcək.

Aydın