Xəbər lenti

Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək
Ölkə 14:20 08.07.2025

Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək

Qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz məktəbli formaları veriləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat Hesablı Təchizat və İstehsalat İdarəsi Bakı Tikiş Evi ilə müqavilə bağlayıb.

Müqavilədə 42-48 ölçüdə həm oğlan, həm də qız şagirdlər üçün məktəbli dəstlərinin satın alınması nəzərdə tutulur.

Ümumilikdə isə 8 000 dəst məktəbli formasının satın alınması ilə bağlı BTE ilə bağlanılmış müqavilənin dəyəri 226 560 manat müəyyənləşib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->